Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.

"Konyada dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında günahkar bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində araşdırmalar davam edir", - məlumatda bildirilib.

Dağıntılar altında qalan 5 nəfərdən 3-ü xilas edilib, 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə yanvarın 24-də baş verib. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.