
BAKI, 13 mart. TELEQRAF
“Bütün təhlükəsizlik məsələləri Ermənistan rəhbərliyi ilə birgə həll edilirdi. Mən 1997-ci ildən 2007-ci ilədək olan müddətdən danışıram, sonrakı vaxtı bilmirəm”.
Teleqraf xəbər verir ki, bu barədə martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan bildirib.
O, qondarma rejimin “müdafiə naziri” və “ordunun baş komandanı” “vəzifə”lərinə təyinatın Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə razılşadırıldığını, general-mayor rütbəsindən yuxarı rütbələrin Ermənistanda verildiyini də etiraf edib və bildirib.
A.Qukasyan işğal dövründə təmas xəttində baş verən atışmalar, hadisələr ilə bağlı məlumatların ilk olaraq Ermənistan Müdafiə Nazirliyinə verildiyini bildirərək qeyd edib: “Sonra bizə də məlumat verilirdi ki, məlumatımız olsun”.