
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
O, HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.
Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.