
Rusiyada inanılmaz hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, Sibirdə bir nəfər yaşadığı binanın səkkizinci mərtəbəsindən aşağı yıxılıb. 23 yaşlı gənc həddindən artıq sərxoş olduğu üçün müvazinətini itirib və mənzilinin eyvanından yıxılıb.
Maraqlısı ondadır ki, Leninska Kuznetçsova adlı şəxs hadisədən yüngül sıyrıqlarla xilas olub. Hündürmərtəbəli binadan yıxılaraq möcüzəvi şəkildə sağ qalan sibirli gənc daha sonra ayağa duraraq evinin yolunu tutub.
Hadisə, təxminən gecə saat üç radələrində baş verib. Leninskanı ölümdən qar topası xilas edib. Gənc oğlan eyvandan düşərkən evdə onun otaq yoldaşı olub. O, dərhal təcili yardıma zəng edərək hadisə yerinə həkim çağırıb.
Xəstəxanaya aparılan gəncin səhhətində heç bir ciddi problem olmadığı məlum olub. Həkimlər Leninskanın həddən artıq sərxoş olduğunu bildirib.