
"Ebola" virusundan ölənlərin sayı 9.300-ü keib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9 380 nəfər olduğu bildirilib.
Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 23 253 insan təşkil edib.
Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3 907 nəfər ölüb, 9 007 nəfər isə yoluxub. Syerra-Leonedə ölənlərin sayı bir qədər az – 3 401 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 11 103 nəfərdir. Qvineyada isə həlak olanların sayı 2 052 nəfər, yoluxanların sayı 3 108 nəfərdir.
Bundan başqa, Afrika ölkələrində işləyən 488 nəfər həkim Eboladan dünyasını dəyişib.