Rusiya Dəməşqdəki diplomatik nümayəndəliklərinin bəzi əməkdaşlarını təxliyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Situasiya Böhran Mərkəzi (DSCC) məlumat yayıb.

“Dekabrın 15-də Xmeymim aviabazasından Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin xüsusi reysi Rusiyanın Dəməşqdəki xarici nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsini Moskvanın Çkalovski hava limanına çatdırıb” - məlumatda deyilir.

Mərkəzdən bildirilib ki, Rusiya tərəfi Suriyanın paytaxtından Belarus, Şimali Koreya və Abxaziya diplomatik nümayəndəliklərinin əməkdaşlarını da təxliyə edib .

Sonda qeyd edilib ki, Rusiyanın Dəməşqdəki səfirliyi işini davam etdirir.