Qərb Suriya ordusunun arsenalındakı silahları Ukrayna Silahlı Qüvvələrinə verə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Military Watch Magazine" yazır.
Qeyd edilir ki, Suriyanın MiQ-29 və Su-24 təyyarələri Kiyevin itirdiyi qırıcıların əvəzini verə bilər. Həmçinin Ərəb Respublikasında Ukrayna Silahlı Qüvvələrinin istədiyi sovet kalibrli 152 mm-lik artilleriya sursatları var.
Nəşr bildirir ki, 2011-ci ildə Liviya silahlarının Qərb kəşfiyyat xidmətləri tərəfindən Suriya hökumət əleyhinə üsyançılara ötürülməsini nəzərə alsaq, belə bir inkişafın olması ehtimalı var.