
Türkiyə polisinin İstanbulda keçirdiyi əməliyyat nəticəsində terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədə olduğu şübhəli bilinən 7 nəfər həbs edilib.
Publika.az-ın məlumatına görə bu barədə İstanbul polisi açıqlama verib.
Məlumata görə, həbs olunanların ünvanlarından xeyli miqdarda əldəqayırma partlayıcı qurğu, silah və sursat götürülüb.