ABŞ hökuməti Ukraynanın Debalçevo qəsəbəsində vəziyyətin pisləşdiyi və bundan narahat olduğunu bəyan edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Cen Psakinin yazılı açıqlamasında bildirilir.

Psaki qeyd edib ki, münaqişə zonasında işləyən ATƏT-in monitorinq missiyası bu, eləcə də digər rayonlarda hücumların davam etdiyini təsdiqləyib.

"Digər rayonlar dedikdə Luqans və Donetski nəzərdə tuturuq" deyə Psaki fikrini dəqiqləşdirib. Rəsmi Kiyevə istinad edərək Pskai son sutka ərzində rusiyayönlü separatçıların 129 dəfə Ukrayna ordusunun mövqelərinə hücum etdiyini bildirib.

O, atəşkəsin pozulmasına görə rusiyayönlü separatçıları ittiham edib.

Nihad