
Kamerun ordusu ölkənin şimal bölgəsində "Boko Haram" qruplaşmasının 86 silahlısını sıradan çıxarıb.
Teleqraf.com-un "Frans Press" agentliyinə istinadən məlumatına görə, əməliyyat zamanı 5 kamerunlu hərbçi həlak olub.
Şiddətli döyüşlər Nigeriya ilə sərhəddə yerləşən Vaza regionunda baş verib.
Bundan əvvəl Nigerdə “Boko Haram” qruplaşması ilə əlaqədə şübhəli bilinən 160 nəfərin həbs edildiyi bildirilmişdi.