Yeni Zelandiyanın Oklend şəhərində sərnişin bərəsinin sahil körpüsünə çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, xəsarət alanlardan 10 nəfər xəstəxanaya yerləşdirilib.

Bərə zədələnsə də, su üzərində qalıb. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.