Ukraynanın şərqində atəşkəs rejiminin bərpa olunduğu bir vaxtda Donetskdə yenə intensiv atəş səsləri eşidilib. Lakin bu dəfə atəş açan heç də antiterror qüvvələri deyil, rus hərbçiləri olublar.

Belə ki, Donetsk şəhərinin məhəllələri Rusiya ordusunun əsgərləri tərəfindən atəşə tutulub. İş o yerə çatıb ki, yerli separatçılar rus ordu qruplaşmalarına qarşı operativ əməliyyat keçirməli olublar.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov açıqlama verib. O, sübüt kimi, separatçılarla rus hərbçiləri arasında aparılan danışığın lent yazısının ortaya çıxdığını bildirib.

Avakovun sözlərinə görə, Ukrayna hərbçiləri tərəflər arasında radio danışığını izləməyə müvəffəq olublar. Danışığın lent yazısı rus hərbçilərinin Donetskdə dinc sakinləri atəşə tutduğunu bilavasitə təsdiqləyir.

Nail Cəlil