Türkiyənin Mərsin vilayətində 20 yaşlı tələbə Özgecan Arslanın zorlanması və öldürülməsindən sonra bir sıra nazirlər müqəssirə ölüm hökmü verilməsi tələbi ilə çıxış ediblər.

Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv edilib.

Özgecan Arslan ötən həftə avtobus sürücüsü tərəfindən zorlanıb və öldürülüb. Yerli KİV-in yazdığına görə, qız qaz balonu istifadə etməklə cinayətkara müqavimət göstərib.

Onun cəsədi Türkiyənin cənubunda çayda tapılıb.

Cinayət faktına görə üç nəfər saxlanılıb - avtobus sürücüsü, ona kömək edən atası və dostu.

Cinayətə etiraz məqsədilə minlərlə qadın aksiyada iştirak edib./trend/