
Donbasda atəşkəsə birgə nəzarət qrupu bu gün antiterror əməliyyatları qüvvələrinə atəş açılması faktını qeydə alıblar.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə birgə koordinasiya şurasında Ukrayna zabitləri qrupunun komandiri Petro Kanonik bildirib.
"Atəşkəs rejiminə əsasən əməl olunur. İndicə növbətçiyə zəng etdim, bildirdi ki, Debalçovo minomyot atəşinə məruz alıb", - Kanonuk deyib.
"Bütdn faktları jurnalda qeydə alırıq, sübut bazası normaldır. Bundan əvvəl ATƏT-dən bizə müraciət etmişdilər",- o deyib.
"Rusiya tərəfi separatçıların atəşkəsi pozması halları ilə razılaşırmı" sualına cavabında isə Kanonik "bu faktları qeydə alarkən onlarla razılaşdırırıq və razılaşırlar" deyə cavab verib.
Nihad