"Livan Təl-əvivlə danışıqlara yalnız İsrail ordusunun hərbi əməliyyatları dayandıracağı təqdirdə girəcək".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Livanın Hizbullah hərəkatının baş katibi Nəim Qasım deyib .

“Dolayısı ilə danışıqlar yalnız İsrail düşməni öz təcavüzünü dayandırmaq qərarına gələndə başlayacaq". - Nəim Qasım deyib.

Onun sözlərinə görə, İsrail bu şərti yerinə yetirərsə, Hizbullah adından danışıqları Livan parlamentinin sədri Nəbih Berri aparacaq.