Danimarkanın paytaxtı Kopenhagendə növbəti silahlı insident baş verib.
Teleqraf.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, silahlı şəxslərin sinaqoqu atəşə tutması nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb.
Yaralananlardan biri başından güllə yarası alıb. Polis əməkdaşlarından biri qolundan, digəri isə ayağından yaralanıb.
Polis hələlik sinaqoqa silahlı hücum və ötən axşam kafedə baş vermiş atışma arasında əlaqənin olması barədə heç bir açıqlama verməyib. Məlumata görə, kafeyə hücum edən şəxs hələ də saxlanılmayıb.