Meksikanın Tamausipas ştatının Anauaka şəhərində yük qatarı ilə sərnişin avtobusu toqquşub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 16 nəfər həlak olub, 22 nəfər isə yaralanıb. Polislər hadisənin avtobus sürücüsünün səhvi səbəbindən baş verdiyini iddia ediblər.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.

Samir