Ukraynadakı münaqişənin həlli diplomatik danışıqlar yolu ilə əldə olunacaq.

Teleqra.com TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

"Məndən eşitdiyiniz kimi, bu münaqişə nə vaxtsa danışıqlarla yekunlaşacaq", - Ostin deyib.

ABŞ müdafiə nazirinin sözlərinə görə, Vaşinqton hələ də Kiyevi dəstəkləməyə davam edəcək. Ostin əlavə edib ki, münaqişənin diplomatik yolla həlli üçün vaxt Ukrayna hakimiyyəti tərəfindən özləri seçiləcək.