"Biz NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Biz terrorun bütün formalarını qətiyyətlə pisləyirik".

Teleqraf.com "TRT"-yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

Qeyd edək ki, bu gün Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxt Ankaradakı obyektlərinə qarşı terror aktı həyata keçirilib.