
Fransa ilə Misir arasında döyüş təyyarələrinin satışı ilə bağlı danışıqlar müsbət nəticələnib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland açıqlama verib. Onun sözlərinə görə, Fransa Misirə 24 ədəd “Rafale” tipli döyüş təyyarəsini satacaq.
Məsələ ilə bağlı müqavilə fevralın 16-da ölkələrin müdafiə nazirləri tərəfindən imzalanacaq. Bağlanacaq müqavilənin məbləğinin 5 milyard avro olduğu bildirilir.
Fransa ilk təyyarəni Misirə avqust ayında təslim edəcək.
Samir