ABŞ Prezidenti Cozef Bayden ölkə ordusuna İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Bayden və vitse-prezident Kamala Harris Ağ evdəki qərargahdan İranın İsrailə qarşı hücumunu izləyir və milli təhlükəsizlik komandasından müntəzəm olaraq yeniliklər alırlar.