"Quş qripi" epidemiyası bu dəfə yerini daha təhlükəli, oxşar xəstəliyə "donuz qripi"nə verməkdədir. Hindistanda ilin əvvəlindən azı 407 nəfər “donuz qripi” virusundan (H1N1) ölüb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bunu Hindistanın səhiyyə nazirliyi bəyan edib.
Virusa yoluxanların sayı isə 5 507-yə çatıb. Ən çox xəstələnənlər paytaxt Dehli və ölkənin qərbindəki Qucarat ştatının sakinləridir. Turistlər arasında populyar olan Qoa və Kerala ştatlarında da bir neçə yoluxma halı qeydə alınıb.