
Rusiyanın elektron mediasında bu ölkənin Avropa ilə bağlı işğal planını əks etdirən sujet yayımlanıb.
Teleqraf.com-un məlumatına görə, bu gün “5-ci Kanal”da yayımlanan və daha sonar internetdə yerləşdirilən sujetdə rus ordusunun ciddi maneəyə rast gəlmədən 24 saat ərzində çata biləcəyi vurğulanır.
Burada Rusiya qoşunlarının Avropa ölkələrinin paytaxtlarına ən qısa və asan yolla necə girə biləcəyi araşdırılıb, müharibə şəraitində mümkün raket zərbələrinin hədəfləri qeyd edilib.
Rusiya televiziyası rusiyalıları inandırır ki, Avropanı fəth etmək sujetdə göstərildiyindən daha asandır:
"Varşavaya daxil olmaq çox sadədir. Moskvadan Polşa paytaxtına qədər cəmi 1300 kilometrdir. T-90 tankı 24 saatdan bu şəhərə, eləcə də Praqaya, Berlinə yetişə bilər. Desant qüvvələri isə bu şəhərləri cəmi 2 saata tuta bilərlər”.
Nail Cəlil