
ABŞ-ın ən məşhur xəbər aparıcısı Brian Villiams yalan danışdığına görə kanal tərəfindən cərimələnib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, NBC televiziya kanalı aparıcını İraq döyüşündə baş vermiş hadisə haqqında səhv məlumat verdiyinə görə işdən uzaqlaşdırıb. Kanal aparıcını 5 milyon dollar cərimələyib.
O, 2003-cü ildə İraq döyüşü zamanı bir amerkalı çavuşun onu qoruduğu barədə dəfələrlə danışıb.
Pentaqon nümayəndəsi isə faktı təqzib edərək bunun "qurama" olduğunu bildirib.
Kanal rəhbərliyi aparıcını cərimələməklə yanaşı onu 6 ay efirdən uzaqlaşdırıb.
Qeyd edək ki, NBC-dən illik 10 milyon dollar maaş almalı olan Brayn Villiams kanal ilə 5 illik müqavilə bağlamışdı.
Rüstəm