
ABŞ Ukraynaya maliyyə yardımı edəcək.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Barak Obama ukraynalı həmkarı Petro Poroşenko ilə telefon danışığı zamanı məlumat verib. Onun sözlərinə görə, Rusiya tez bir zamanda Minsk danışıqları zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Ağ Evin mətbuat xidmətindən verilən məlumatda telefon danışıqları zamanı Obamanın Olland və Merkelin təklif etdiyi sülh prosesini dəstəklədiyini bir daha bəyan etdiyi bildirib.
Ancaq yayılan məlumatda ABŞ-ın Ukraynaya hərbi yardım edib-etməyəcəyi ilə bağlı heç bir xəbər verilmir.
Samir