Sutka ərzində Ukraynanın şərqində gedən döyüşlər zamanı yerli qüvvələr ciddi itki verib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əvəzi Vladislav Seleznyov bildirib.

Onun sözlərinə görə, döyüşlərdə 19 ukraynlı hərbçi həlak olub, 78-i isə yaralanıb: “Sutka ərzində separatçılar mövqelərimizi 107 dəfə atəşə tutublar. 40 yaşayış məntəqəsinə atəş açılıb. Hazırda Ukrayna hərbi hospitallarında 591 hərbçi var. Onlardan 26-nın vəziyyəti ağırdır”.

Seleznyov həmçinin döyüşlərdə 87 separatçının da öldürüldüyünü deyib. Bundan başqa separatçılara məxsus 47 zirehli texnika məhv edilib.

Samir