
Somalinin paytaxtı Moqadişuda bir millət vəkili silahlı hücumda həyatını itirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, millət vəkili parlamentə gedərkən yolda silahlı şəxslərin atəşinə məruz qalıb.
Silahlılar hadisə yerindən qaçıb. Sui-qəsdə görə heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Somali parlamentində bu gün keçirilən iclasda Ömər Əbdürrəşid Ali Şermarkenin başçılıq yeni hökumət etimad səsini alıb.