Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə təhvil verilən F-16- nın qəzaya uğramasından sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəisini işdən çıxarıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin saytında dərc olunub.
"Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - fərmanda deyilir.
Qeyd edək ki, avqustun 28-də Ukrayna Silahlı Qüvvələrinə məxsus F-16 qrıcısı qəzaya uğrayıb. Ertəsi gün Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya bəyan edib ki, qırıcı Ukraynaya ötürülən “Patriot” zenit-raket kompleksindən raketlə vurulub.