ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" kəşfiyyat təyyarəsi Qara dənizin qərb hissəsində görünüb.

Teleqraf.com xəbər verir ki, bunu "Flightradar 24" xidmətinin məlumatları göstərir.

Xidmətin məlumatına görə, naməlum identifikasiya nömrəsi olan kəşfiyyat təyyarəsi Siciliyadakı Siqonella hərbi-dəniz hava bazasından havaya qalxıb.

Təyyarə daha sonra Rumıniyanın Qara dəniz sahillərinə doğru hərəkət edib. Kəşfiyyat təyyarəsi hazırda Bolqarıstanın Varna şəhəri ilə Ukrayna və Rumıniya sərhədi arasında uçur.