
İstanbulda bir müddət öncə başlanan "polis ovu" davam edir. Belə ki, şəhərin müxtəlif rayonlarında keçirilən son əməliyyatlar zamanı daha 21 polis saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, əməliyyatlara sanksiyanı Respublika baş prokurorluğundan İrfan Fidanın verib.
Əməliyyat “Selam” istintaqı zamanı əldə olunan bəzi dəlillərlə bağlıdır. Bununla yanaşı, bir neçə polisin də şübhəli şəxs qismində nəzarətə götürüldüyü açıqlanıb.
Lakin cümhuriyyətin milli maraqları naminə onların adları ictimaiyyətə bəyan edilməyib. Polislər terror təşkilatları ilə əməkdaşlıqda, hərbi və siyasi casusluqda təqsirli biliniblər.