
NATO baş katibi Yens Stoltenberq Ukrayna böhranının həlli ilə bağlı "normand dördlüyü"nün fevralın 11-də aparacağı müzakirələrə böyük ümid bəsləyir.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Stoltenbert bu barədə bu gün Almaniyanın Nauene şəhərində verdiyi açıqlamasında bildirib.
O, qeyd edib ki, razılaşmalar yalnız kağız üzərində əldə edilməməlidir: "Əsas məqsəd atəşkəsə nail olmaq, sonra isə bu qərara hörmət etməkdir".
Stoltenberq Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin tənqid edib: "Mən müharibənin dayandırılması üçün səyləri tam dəstəkləyirəm".
Ukraynaya silah verilməsi məsələsinə gəlincə, NATO baş katibi hər bir ölkənin bu məsələ ilə bağlı özünün qərar verməli olduğunu bildirib: "Alyansın üzvü olan ölkələr bu məsələdə müstəqil qərar verməlidir".
Nihad