"Krım sakinləri kiminlə olmağı seçmək haqqına sahibdir”.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransanın sabiq prezidenti Nikola Sarkozi “Xalq hərəkatı uğrunda ittifaq” partiyasının qurultayında çıxışı zamanı bildirib.

Sarkozi “Krım Rusiyanı seçib. Biz buna görə onu qınaya bilmərik” söyləyib. O, bu zaman Ukraynanın unitar dövlət olduğunu və onun Konstitusiyasına görə, ölkənin ayrıca götürülmüş bir hissəsində referendumun yasaq edildiyini qəsdən yada salmaq istəməyib.

Sarkozi Rusiya və Fransanın “ümumi sivilizasiyaya məxsus olduğunu” və yeni “soyuq müharibə”ni kimsənin arzulamadığını söyləyib. Ukraynaya gəlincə, onun qənaətincə, “Ukraynanın görəvi Avropa ilə Rusiya arasında körpü olmaqdır, Avropa Birliyinə üzv olmaq yox”.