
Heç bir dövlət, istər Rusiya, istər hər-hansı digər dövlət enerji daşıyıcılarından şantaj vasitəsi kimi istifadə etməməlidir.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ vitse-prezidenti Co Bayden bildirib. “Biz çalışmalıyıq ki, heç bir dövlət, istər Rusiya, istər hər-hansı digər dövlət başqa dövlətləri istila etmək məqsədilə enerji daşıyıcılarından silah vasitəsi kimi istifadə etməsin.
Bizə çoxdan məlum idi ki, yalnız bir enerji axınından asılılıq problemlərə gətirib çıxaracaq. Bu həqiqətən çox böyük problemdir. İndi bu problemi həll etmək vaxtıdır”, deyə Bayden Münhün Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.