Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın federallaşması məsələsini referenduma çıxarmağa hazırdır.

Teleqraf.com-un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Mən federallaşma məsələsini, dövlət dili məsələsini referenduma çıxarmağa hazıram. Və mən nəticəni bilirəm”, deyə o bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Kiyevdə keçirilmiş danışıqlar zamanı Ukraynanın federallaşması məsələsini müzakirə etməyib.