Rusiya baş nazirinin müavini Dmitri Roqozin imtahan verərək, pilot şəhadətnaməsi alıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı Roqozin öz hesabında məlumat verib: “Ulu babam və atam pilot, babam və bacım isə aviasiya mühəndisi olub. Mən də cümə günü imtahan verdim və pilot oldum”.

Qeyd edək ki, Roqozin 2011-ci ilin dekabr ayından baş nazirin müavini postunu tutur.

Samir