Böyük Britaniya Ukraynanın silahla təchiz edilməsinin əleyhinədir.

Teleqraf.com-un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxış edən Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bildirib.

Nazir qeyd edib ki, Ukraynanın silahla təchiz edilməsi ölkənin cənub-şərqində münaqişənin şiddətlənməsinə gətirib çıxaracaq.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri Paolo Centilioni də Ukraynanın silahla təchiz edilməsinin əleyhinə çıxış etmişdi.