
Misirin şimalında Sina yarımadasında anti-terror əməliyyatları zamanı 27 terrorçu öldürülüb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Misir Müdafiə Nazirliyi açıqlama verib.
Məlumatlara görə, hücumlar əsasən Şeyx Zuveyd şəhəri yaxınlığında havadan həyata keçirilib.
Öldürülənlərin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Misir qanadı sayılan “Beyt əl-Makdis Ənsər” qruplaşmasının döyüşçüləri olduğu bildirilib.
Samir