Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində yazıb.

Filippo qeyd edib ki, hətta diqqətlə seçilmiş auditoriya da Makronun görünüşündən açıq narazılıq ifadə edib, buna görə də o, hətta çaşıb qalıb.

Qeyd edək ki, iyulun 26-da Parisdə Olimpiya Oyunlarına start verilib.