Gələn həftə Dubayda "The World" süni arxipelaqında villaların satışına başlanacaq.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, villaların üçdə bir hissəsi suyun altında yerləşir. Villaların ilkin qiyməti 18.3 milyon dollardır.

Birinci mərtəbəsi suyun altında olacaq üçmərtəbəli villalar Avropa üslubunda tikiləcək. Kompleksin inşası 2017-ci ildə başa çatacaq, lakin potensial investorlar üçün artıq satışa dəvət göndərilib.

"Avropanın ürəyi" adlı layihəyə daxil olan "Kənd" kompleksi 6 adada yerləşəcək. Süni arxipelaq bütövlükdə Yer kürəsi qitələrini xatırladır. O, Dubay sahillərindən təxminən dörd kilometrlik məsafədə yerləşir. "The World" adalarının sahəsi 46,5 min - 140 min kvadrat metr civarında dəyişir.

Rüstəm