NASA 2006-cı ildə kosmosa göndərdiyi “New Horizons” aparıtının çəkdiyi ilk fotoları paylaşıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “New Horizons” kosmik aparatı Pluton planetinin ilk şəkillərini yerə göndərib. Şəkil 1930-cu ildə planeti kəşf edən Klayd Tombaqın ad günündə mətbuata təqdim edilib.

“Əl-Cəzirə”nin məlumatına görə, NASA kosmik aparatın Pluton və onun peyki Karonun 25-27 yanvarda çəkdiyi fotoları paylaşıb. Aparat 14 iyulda planetin orbitinə daxil olacaq. Hazırda “New Horizons” kosmik gəmisi planetdən 203 milyon kilometr uzaqlıqda yerləşir.

Qeyd edək ki, “New Horizons” kosmik aparatının maliyyə dəyəri 700 milyon dollardır. Aparat Günəşə Yer planetindən 39 dəfə uzaqlıqda olan Plutonu araşdırmaq üçün hazırlanıb.

Rüstəm