
Ukraynanın Donetsk şəhərində bu gün səhər saatlarından rus separatçıları ilə qarşılıqlı olaraq atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hər iki tərəf bölgədə olan dinc sakinlərin evakuasiya edilməsi üçün xüsusi avtobuslar göndərib.
Məsələ ilə bağlı qondarma Donetsk Xalq Respublikasının nümayəndəsi Eduard Basurin açıqlama verib. Onun sözlərinə görə, sakinlər Qorlovka və Artemovsk rayonlarına çatdırılacaq.
Samir