
“Boko Haram” terror təşkilatı Kamerunun şimalında yerləşən bir qəsəbəyə hücum edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hücum zamanı terrorçular qəsəbəyə od vurublar.
Şahidlərin sözlərinə görə, terrorçular azı 100 nəfərin evlərində və məsciddə başını kəsərək öldürüb.
Hadisədən dərhal sonra hücuma keçən Kamerun ordusu 50 terrorçunu zərərsizləşdirib. Döyüşlər zamanı 6 hərbçi həyatını itirib.
Samir