
Moskva hümanitar səbəbləri rəhbər tutaraq Rusiyaya gəlib-gedən ukraynalılardan xarici pasport tələb etməyəcək.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirlik Ukraynanın rusiyalı vətəndaşlara ölkəyə daxili pasportlarla girişi qadağan etməsindən təəssüfləndiyini bildirib.
Rusiya XİN-in bəyanatında Kiyevin qərarının iki dövlətin milyonlarla vətəndaşı arasında ünsiyyəti, insani əlaqələri əngəllədiyi qeyd olunub.
Bu ilin martın 1-dən Ukrayna Rusiya vətəndaşlarına ölkəyə daxili pasportlarla gəlməyi qadağan edəcək. Müvafiq sərəncam Ukrayna baş naziri Arseni Yatsenyuk tərəfindən imzalanıb.
Samir