Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşəcək.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfəri Ümid Yardım məlumat verib.

Onun sözlərinə görə, səfərin dəqiq vaxtı açıqlanmasa da, görüş zamanı liderlərin “Türk Axını” layihəsini müzakirə edəcəyi məlumdur.

Qeyd edək ki, Putinlə Ərdoğan 2014-cü ilin dekabrın 1-də Ankarada bir araya gəlib. Liderlər görüşdə Suriyadakı böhranın həlli, Ukraynadakı hadisələr və Qara dəniz üzərindən Türkiyəyə yeni qaz boru kəmərinin inşası məsələlərini müzakirə ediblər.

Samir