Çeçenistan muxtar vilayətinin rəhbəri Ramzan Kadırov “Alkoqolizm və narkotiklə mübarizədə 2014-cü ilin adamı” mükafatına layiq görülüb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva elmi-praktiki mərkəzinin direktoru Yevgeni Bryuna açıqlayıb.

Onun sözlərinə görə, Kadırov bir sıra deputatlardan fərqli olaraq narkomaniya və alkoqolizmlə mübarizədə ciddi səylə çalışır: “Biz Rusiyada spirtli içkilərin satışı yaşını artırmaq ideyasını çoxdan aparırıq. Amma heç də bütün deputatlar bu tədbirləri dəstəkləmir. Narkomaniya ilə mübarizədə də çatışmazlıqlarımız var. Bu neqativ halların aradan qaldırılması üçün yorulmadan çalışmaq lazımdır”.

Samir