Moskvada Vladimir Leninin mavzoleyi iki ay müddətinə ziyarət üçün bağlı olacaq.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu mavzoleyin mühafizə xidmətinin mətbuat katibi Viktoriya Boqomolova açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb mavzoleydə planlı profilaktik işlərin aparılmasıdır: “Mavzoley fevralın 16-dan aprelin 16-dək bağlı olacaq. Ümumrusiya institutunun mütəxəssisləri 2-3 ildən bir Leninin kostyumunu dəyişir və cəsədinə xüsusi dərman və aromatik bitkilər vurur. Bu dəfə də bu prosedur həyata keçiriləcək”.

Samir