
“İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətində olan 17 min kilometrlik ərazini azad etdik”.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu İraq Kür Muxtariyyatının lideri Məsud Bərzani açıqlayıb.
O, İŞİD-ə qarşı müharibənin Səddam Hüseynlə mübarizədən aha çətin olduğunu və terrorçuların heç vaxt əfv edilməyəcəyini bildirib.
Bərzani döyüşlər zamanı 800 kürd döyüşçüsünün həyatını itirdiyini və 3 min terrorçunun öldürüldüyünü qeyd edib.
Samir