“Qəzza zolağının Rəfah şəhərində Fələstinin radikal HƏMAS hərəkatına qarşı aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail televiziyasının 14-cü kanalına müsahibəsində deyib.

O əlavə edib ki, döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq:

“Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatları və zərbələri davam etdirəcəyik, təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”.