
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən iordaniyalı pilotun diri-diri yandırılmasından sonra İordaniyada kütləvi etirazlar başlayıb.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, etirazçılar Ey şəhərində polis idarəsini, Əl-Mazarda isə hökumət binalarını yandırıblar.
İordaniya hökuməti isə pilotun öldürülməsinə cavab olaraq, İŞİD-in qadın terrorçusu Sacidu ər-Rişavini edam etdiyini açıqlayıb.
Ölkədə vəziyyət gərgin olaraq qalır.
Samir