BMT-yə bağlı beynəlxalq Lahey Ədalət Məhkəməsi Xorvatiya ilə Serbiyanın bir-birlərinə qarşı açdıqları qarşılıqlı soyqırım iddiasını rədd edib.

Teleqraf.com-un məlumatına görə, Ədalət Məhkəməsi Serbiyanın Yuqoslaviyanın dağılması dövrundə - 1990-cı illərdə Xorvatiyada soyqırım törətmədiyi barədə qərar çıxarıb.

Məhkəmənin qərarında hər iki tərəfin müharibə zamanı hərbi cinayətlərə yol verdiyi vurğulanıb. Məhkəmənın hakimi Peter Tomka bununla bağlı qeyd edib ki, müvafiq cinayətlərin soyqırım olaraq qiymətləndirilməsi üçün kafi dəlillər yoxdur.

Beləliklə, Xorvatiyanın 1999-cu ildə irəli sürdüyü 16 illik soyqırım iddiası təmin edilməyib.

Nail Cəlil